26 C
Baku
Saturday, July 27, 2024

Çin koronavirusla mübarizəyə 10 milyard dollardan çox pul ayırıb

Çin hökuməti koronavirusla mübarizəyə 71,85 milyard yuan (10,26 milyard dollar) pul ayırıb. Xatırladaq ki, bu günə kimi koronavirusdan 800-dən çox insan vəfat edib.

Banker.az “Forbes”ə istinadən xəbər verir ki, ayrılan vəsait xəstəliyin müalicəsinə və profilaktik tədbirlərə xərclənəcək. Bu haqda ölkənin maliyyə naziri Lu Kun məlumat verib.

Maliyyə naziri vurğulayır ki, hökumət xəstəliklə mübarizə aparmaq üçün əlindən gələni edir.

CNBC daha əvvəl tibbi avadanlıqların çatışmazlığı kimi problemin ortaya çıxmasından xəbər vermişdir. Bu, Çindəki xəstəxanaların dolması, xəstə sayının artması və resursların çatışmazlığı ilə əlaqəli olub.

Ümumilikdə koronavirusa 37 198 nəfər yoluxub. Mütəxəssislərin fikrincə, epidemiyanın inkişafının pik nöqtəsi fevral ayının ortalarına təsadüf edəcək.

Son xəbərlər
Digər xəbərlər