Çinin hakimiyyət orqanları yanvarın 8-dən etibarən turistlər üçün karantin rejimini ləğv edəcək. Buna baxmayaraq, ölkəyə daxil olan turistlər əvvəlki kimi koronavirus testindən keçəcək.
Çinə gündəlik uçuşların sayına qoyulan məhdudiyyətlər də aradan qaldırılacaq. Həmçinin üç ildir bağlı qalan sərhədlər iş və təhsil vizası olanlar, yaxud ailəsini ziyarət etmək istəyənlər vətəndaşlar üçün yenidən açacaq.
Müvafiq qərar ölkədə karantin məhdudiyyətlərinin aradan qaldırılmasından sonra koronavirusun sürətlə yayılması fonunda qəbul edilib. Hazırda Çində koronavirusa yoluxma və ölüm hallarının gündəlik sayı dəqiq məlum deyil, belə ki, hakimiyyət orqanları artıq bu barədə məlumat vermir.
ÇXR-in Xəstəliklərə nəzarət və onların qarşısının alınması üzrə mərkəzi bu qış COVID-19 infeksiyasının üç yayılma dalğasının gözlənildiyini proqnozlaşdırıb.