10 C
Baku
Saturday, November 23, 2024

Çin kosmik turizm sahəsində ABŞ ilə rəqabətə başlayır

Çin kosmik turizm sahəsində ABŞ ilə rəqabətə başlayır. Belə ki, bu ölkənin “Deep Blue Aerospace” şirkəti 2027-ci ildə kosmosa səyahət edəcək turistlərə biletlərin satışına başladığını elan edib.

Kosmosa uçacaq ilk gəmidə iki oturacaq üçün biletin qiyməti 1,5 milyon yuan (2011 min ABŞ dolları) olacaq.

“Deep Blue Aerospace” biletləri oktyabrın 24-də satışa çıxaracaq. Şirkət gələn ay daha çox bilet təqdim etməyi planlaşdırır. Sərnişinlər suborbital uçuşla kosmosa səyahət edəcəklər, yəni raket kosmosa çatacaq, lakin orbitə çıxmayacaq.

Ceff Bezosun “Blue Origin” və İlon Maskın “SpaceX” şirkətləri ilə yanaşı, Çin kompaniyası da kommersiya sərnişin uçuşu sənayesini inkişaf etdirməyi planlaşdırır. “Deep Blue Aerospace” təkrar istifadə edilə bilən raketlərlə kosmik turizmin genişmiqyaslı kommersiyalaşdırılmasının yüksək buraxılış xərclərini azaltmaq üçün çox vacib olduğunu bildirib. O, 2025-ci ilin birinci rübündə bir daşıyıcı raketi orbitdən çıxarmağı planlaşdırdığını qeyd edib.

Çinin digər şirkətləri kosmik turizm sektoruna daxil olmaq planlarını açıqlayıblar. May ayında dövlət tərəfindən dəstəklənən “CAS Space” startapı 2028-ci ilə qədər kosmik turizm uçuşlarına başlayacağını bəyan edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər