Çin Latın Amerikası ölkəsi olan Venesuelaya 62 milyard dollar həcmində kreditlər verərək “kreditor toruna” düşüb.
Bu barədə Vudro Vilson Mərkəzi nəzdində Kissincer İnstitunun hesabatına deyilir. Belə ki, Çin faktiki olaraq Venesuelaya köhnə kreditləri qaytarsın deyə yenilərini vermək məcburiyyətinə düşüb.
Tədqiqata görə 2007-2017-ci illərdə Venesuela Çindən əsas kredit kimi 33,3 milyard dollar, yenidən maliyyələşmə üçün 17 milyard dollar, birgə layihələr üçün 6,2 milyard dollar və digər kreditlər şəklində 5,7 milyard dollar alıb.
Maksimum kreditləşmə həddi 2011-ci ildə əldə olunub. Həmin vaxt Çin bu Latın Amerikası ölkəsinə 32,3 milyard dollar yatırıb. Elə həmin ildə Çinin Latın Amerikasındakı kreditlərində Venesuelanın payı 88%-ə çatdı. Lakin sonrakı illərdə kreditləşmənin həcmi azalmağa doğru gedib və indi onun payına Çinin regiondakı kreditlərinin 41%-i düşür.