Çin hökuməti sərmayənin məhdud və ya qadağan edilən sahələr siyahısının ilkin versiyasına kriptovalyuta mayninqini daxil edib.
Banker.az xəbər verir ki, qara siyahıda həm çinli, həm də xarici investorlar üçün əlçatmaz olan sektor və sənayelər yer alıb.
Bundan əlavə, hökumət canlı yayımlar, xəbərlər, televiziya və radio kimi sahələr də daxil olmaqla nəşriyyat fəaliyyətinə “qeyri-ictimai” kapital qoyuluşunu qadağan etdiyini açıqlayıb.
Xatırladaq ki, sentyabrın sonunda Çin Mərkəzi Bankı mayninq və kriptovalyuta ilə həyata keçirilən digər əməliyyatları qanunsuz adlandırıb. Maliyyə təşkilatı karbon qazı tullantılarını azaltmaq üçün mayninqin aradan qaldırılmasını təcili vəzifə hesab etdiyini bildirib.