3 C
Baku
Saturday, December 14, 2024

Çin lideri Baydenlə görüşməkdən imtina edib

ABŞ prezidenti Co Bayden Çin lideri Si Tsinpin ilə telefon danışığı zamanı ABŞ-Çin sammitini keçirməyi təklif edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Financial Times” qəzetinin verdiyi məlumata görə, Si Tsinpin Baydenlə görüşməkdən imtina edərək, Vaşinqtonun ÇXR-ə qarşı ritorikasını yumşaltmağa çağırıb.

Bildirildiyi kimi, Co Bayden sammit ideyasını Si Tsinpinlə ünsiyyət qurmağın bir neçə variantlardan biri kimi nəzərdən keçirib; mənbəyə görə, Amerika prezidenti Çin liderinin ona dərhal cavab verəcəyini gözləyib. Ağ Ev Si Tsinpinin görüşdən imtina etməsini koronavirusla əlaqələndirir. Xatırladaq ki, iki siyasətçinin son görüşü hələ pandemiyadan əvvəl olub.

Co Bayden və Si Tsinpinin telefon danışığı Bakı vaxtı ilə 10 sentyabr gecəsi baş tutub. Ağ Evdən verilən məlumata görə, liderlər “rəqabətin münaqişəyə çevrilməməsi üçün hər iki ölkənin məsuliyyətini müzakirə ediblər”. Bununla yanaşı, Çin tərəfinə görə, Si Tsinpin Amerika prezidentinə Vaşinqtonun Pekinə qarşı siyasətinin yaratdığı çətinliklərdən danışıb.

Son xəbərlər
Digər xəbərlər