18 C
Baku
Friday, November 22, 2024

Çin lideri Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyəcək

ABŞ Prezidenti Cozef Bayden Çin lideri Si Cinpin bu həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməməsindən məyusluğunu bildirib.

Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək G20 Liderlərinin Sammitində iştirak etməyəcək.

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning paytaxt Pekində keçirdiyi gündəlik mətbuat konfransında ölkəsini Baş nazir Li Çianqın təmsil edəcəyini açıqlayıb.

G20-ni qlobal iqtisadi və maliyyə əməkdaşlığı üçün mühüm forum kimi gördüklərini ifadə edən Mao bu dəfə Baş nazir Li Çianqın sammitdə Çin nümayəndə heyətinə rəhbərlik edəcəyini qeyd edərək, G20-nin beynəlxalq iqtisadi əməkdaşlıq və qlobal inkişaf baxımından rolunu vurğulayıb.

Si Cinpin G20 liderlərinin sammitlərinin hər il keçirildiyi 2008-ci ildən bu yana görüşlərə şəxsən qatılmayan ilk Çin prezidenti olacaq.

Sözçüsü Mao Çinin sammitdən gözləntiləri ilə bağlı deyib:

“Biz ümid edirik ki, G20 dünya iqtisadiyyatında təzyiqlərin hiss olunduğu və inkişafda yeni çağırışların yarandığı bir vaxtda iqtisadi canlanma və davamlı artım üçün konsensusa nail olacaq və ümumi rifah və inkişaf mesajı verəcək”.

Digər tərəfdən, ABŞ Prezidenti Cozef Bayden Çin lideri Si Cinpin bu həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməməsindən məyusluğunu bildirib.

Bununla belə, ABŞ Prezidenti Si Cinpin ilə görüşmək niyyətində olduğunu qeyd edib.

Son xəbərlər
Digər xəbərlər