Çin lideri prezident Əliyevi təbrik edib

Çin Xalq Respublikasının sədri Si Cinpin prezidentİlham Əliyevin doğum günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.

“Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir”, – deyə təbrik məktubunda bildirilir.

O, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlığın müvəffəqiyyətlə davam etdiyini diqqətə çatdırıb.

“Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram”, – deyə S.Cinpin vurğulayıb.

Dekabrın 24-də prezident İ.Əliyevin 57 yaşı tamam olur.

Son xəbərlər
Digər xəbərlər