4 C
Baku
Tuesday, December 24, 2024

Çin lideri Qazaxıstana səfər edəcək

Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nur-Sultana gedəcək.

Bu barədə dövlət başçısının mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
“Sentyabrın 14-də Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin Qazaxıstanın paytaxtına dövlət səfəri edəcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, dövlət başçıları Qazaxıstan-Çin strateji tərəfdaşlığının möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər. Danışıqlar nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Fevralın əvvəlində Kasım-Jomart Tokayev Si Cinpinin dəvəti ilə Pekinə səfər edib və burada Olimpiadanın açılış mərasimində iştirak edib. Dövlət başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər