Çin lideri Si Cinpin gələn ay keçiriləcək regional sammitdə Rusiya Prezidenti Vladimir Putin ilə görüşlər keçirməyi planlaşdırır.
Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Görüşlər sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) baş tutacaq.
Çin lideri Putinlə yanaşı təşkilata üzv olan digər ölkələrin liderləri ilə də görüşəcək.