Çin hökuməti texnologiyanın strateji əhəmiyyət kəsb etdiyinə görə öz istehsalı olan “Loongson” prosessorlarının Rusiya və digər ölkələrə tədarükünə qadağa qoyub, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Nəşr vurğulayır ki, Rusiya elektronika istehsalçıları artıq bu çipləri sınaqdan keçiriblər, lakin indi bu prosessorları almaq mümkün olmayacaq.
“Loongson” korporasiyası 2002-ci ildə yaradılıb, onun məqsədi digər şeylər arasında Amerikanın “Intel” və “AMD”yə alternativ prosessorlar yaratmaq olub. Keçən il şirkət Intel və AMD üçün yazılmış proqramlarla işləyə bilən öz LoongArch arxitekturasını təqdim edib.