8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Çin Mərkəzi Bankı kredit axınını 20%-dək artıracaq

Çin Mərkəzi Bankı (PBOC) ölkə iqtisadiyyatını koronavirus pandemiyasının mənfi təsirlərindən qorumaq üçün bu il kredit axınını 19% artıracaq.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

PBOC prezidenti Yi Gang bildirib ki, bunun üçün rekord səviyyədə xüsusi təyinatlı istiqraz buraxılışı və bank kreditlərinin verilişi artırılacaq: “Bu il ümumi maliyyələşdirmə ən azı 30 trilyon yuan (4,2 trilyon ABŞ dollar) olacaq”.

Məlumata görə, bu, ötən il qeydə alınan 25,6 trilyon yuan yeni kreditlərlə (hökumətin istiqraz buraxılışları da daxil olmaqla) müqayisədə 17% çoxdur.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər