12 C
Baku
Sunday, October 27, 2024

Çin Mərkəzi Bankı LPR-nin əsas dərəcəsini sabit saxladı

Çin Xalq Bankı (Mərkəzi Bank) bazar ertəsi yenidən birinci dərəcəli borcalanlara verilən kreditlərin əsas faiz dərəcəsini (LPR, loan prime rate) dəyişməyərək 3,85% səviyyəsində saxlayıb.

Bunu tənzimləyicinin saytındakı məlumat təsdiqləyir.

Ötən ilin avqustunda yeni kredit vermə meyarına çevrilən illik LPR artıq doqquz aydır eyni səviyyədə qalır və bu, analitiklərin proqnozları ilə tam üst-üstə düşür.

Elə beşillik LPR dərəcəsi də keçən aydan bəri dəyişməz olaraq qalıb- 4.65%.

Qeyd edək ki, hazırda dərəcənin rəsmən müəyyənləşdirilməsində 18 Çin bankı iştirak edir. Onlar hər ayın 20-si yerli vaxtla saat 09:00-a qədər təkliflərini 0,05% artımla Milli Banklararası Maliyyələşdirmə Mərkəzinə göndərməlidirlər. Bundan sonra LPR-nin hesablanması üçün ən yüksək və ən aşağı dərəcələr istisna edilir, orta riyazi hesablama aparılır və sonda alınmış nəticələr 0,05% -ə qədər yuvarlaqlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər