Çin Xalq Bankı (Mərkəzi Bank) cümə axşamı günü yuan məzənnəsini 6,9985 yuan səviyyəsinə endirib.
Banker.az Mərkəzi Bankın saytında dərc olunan statistikaya əsasən xəbər verir, bu ötən ilin 25 dekabrından bu günə kimi minimum qiymətdir.
Yuan məzənnəsinin aşağı düşməsinin əsas səbəbi kimi koronavirus epidemiyasının yayılması göstərilib. Uxan Universitetinin mütəxəssisləri qeyd edirlər ki, epidemioloji situasiya sabitləşən kimi milli valyutaya təzyiqlər azalacaq.
Materialda qeyd edildiyi kimi, ÇXR iqtisadiyyatının artım tempi tam olaraq 2021-ci ildə bərpa olacaq. Xəstəliyin yayılması ilə əlaqədar olaraq xidmət sektoru zərər çəkməsinə baxmayaraq, uzunmüddətli tendensiyalar dəyişməz qalır.
Xatırladaq ki, yanvar ayının ortalarında yuanın möhkəmlənməsi qeydə alınmışdır. Yanvarın 21-də məzənnə 6,8606 səviyyəsinə çatmışdır ki, bu da 2019-cu ilin 3 iyul tarixindən bəri maksimum qiymət olub.