13 C
Baku
Saturday, November 23, 2024

Çin Mərkəzi Asiyaya göz dikib

KORONAVİRUS ÇİNDƏ peyda olması və dünyaya yayılması mövzusu əvvəlki aylarla müqayisədə sanki bir qədər arxa plana keçib. Bəzi dövlətlərin virusun peyda olmasıyla bağlı beynəlxalq komissiyanın yaradılması və fəaliyyətə başlaması ideyası da əvvəlki kimi gündəmdə ağırlığını qorumur. Çünki, hazırda bütün dövlətlər güclərini və enerjilərini virusla mübarizəyə yönəldiblər. Ancaq virusla mübarizə uğurla başa çatdıqdan sonra virusun necə meydana gəlməsi mövzusu yenidən aktuallaşacaq. Bu məsələni ona görə tətqiq etmək vacibdir ki, gələcəkdə bəşəriyyət oxşar problemlə üzləşməsin və ya əvvəlcədən lazımi tədbirlər görsün.

Virus Çinin geostrateji planlarını əsla arxa plana atmayıb. Çin dünyanın virusla mübarizə apardığı aylarda belə böyük dövlətlərin bir qismi ilə, o cümlədən ABŞ, Avstraliya, Hindistan və digərləriylə gərginlik yaratmaqda davam edir. Son vaxtlar Çinin Mərkəzi Asiyadakı qonşusu Qazaxıstanla da münasibətlərində sualların sayı artır. Doğrudur, Astana böyük qonşusuyla birbaşa münaqişədə maraqlı deyil, ancaq Pekinin siyasəti Qazaxıstanı da ciddi narahat etməyə başlayıb. Banker.az bildirir ki, bunu siyasi yönümlü “Atlas” Araşdırmalar Mərkəzi iddia edir.

Mərkəzin rəhbəri Elxan Şahinoğlu qeyd edir ki, Bu ilin aprel ayında Qazaxıstan Xarici İşlər Nazirliyi Pekinə nota verib. Notaya səbəb Çin mediasında yayınlanan yazılardır. Həmin yazılarda Qazaxıstanın heç zaman dövlət kimi formalaşmadığı və tarixən Çinə məxsus olmasını iddia edilib. Astanaya bəllidir ki, Çində müstəqil media yoxdur. Ona görə qonşu ölkənin mediasında nə yayınlanırsa, bu Çinin rəsmi strukturların birbaşa himayəsi və sifarişi ilə həyata keçirilir. Deməli, Çinin rəsmi strukturlarında qonşu Qazaxıstana ərazi iddiası kimi fikirlər müzakirə olunur. Halbuki, iki ölkə liderinin 11 sentyabr 2019-cu ildə imzaladıqları ortaq bəyannamədə bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşılması qeyd olunub. Həmin bəyannamədə ayrıca bir bənd də var ki, iki ölkənin rəsmi strukturları mediada ərazi bütövlüyü məsələlərinə diqqət yetirməlidirlər. Görünür, Astana məhz ona görə Pekinə nota göndərib ki, Çin hakimiyyəti imzaladığı bəyanata hörmət etmir.

Qazaxıstan narahatdır…

Hadisələrin bu istiqamətdə inkişafı Qazaxıstan cəmiyyətini də narahat edir. Qazaxıstan cəmiyyəti ondan da narahatdır ki, Çin investisiyalar adı altında Qazaxıstanda çinlilərin miqrasiyasını həyata keçirir və bu bir sıra hallarda toqquşmalara gətirib çıxarır. Qazaxıstandakı fəallar çinlilərə torpaq sahələrinin satılmasının da əleyhinədirlər.

Çinin Mərkəzi Asiyada siyasi və iqtisadi ağırlığı getdikcə artır. Mərkəzi Asiya ölkələrinin xarici investisiyalara ehtiyacı var. Nə ABŞ, nə də Rusiya Mərkəzi Asiyaya milyardlarla dolar investisiya yatırmaq istəmirlər, çünki bunun iqtisadi səmərəsini görmürlər. Yeganə Çin dövlətidir ki, Mərkəzi Asiyaya milyardlar yatırır. Ancaq bu yatırımların arxasında Pekinin siyasi məqsədləri var. Mərkəzi Asiya ölkələrindən Çindən gələn bu təhlükəni ilk olaraq Qazaxıstan hiss edib.

Qazaxıstanda virus peyda olanda yoluxanların sayı sürətlə artdı. Pekin Qazaxıstana həkimlər göndərdi. Ancaq haqqında danışılan yardım Astananı məmnun etmədi. Birincisi, çinli həkimlərin bir qismi xəstələrlə birbaşa ünsiyyətdə çalışmaq istəmədilər. Onlar bunu belə əsaslandırlar ki, guya onlara verlən qoruyucu geyimlər təhlükəsiz deyil. İkincisi, çinli həkimlər şayiə yaydılar ki, guya Qazaxıstanda koronavirusdan da təhlükəli virus yayılıb. Çinin Astanadakı səfirliyi daha uzağa gedərək vətəndaşlarını Qazaxıstan ərazisində ehtiyatlı olmağa çağırdı. Qazaxıstan Səhiyyə Nazirliyi bütün bu iddiaların əsasız olduğunu açıqladı.

Bu arada, avqustun 3-də Qazaxıstan sakini Serik Ajibay Çinin Almaatadakı konsulluğu qarşısında təkbaşına etiraza çıxdı. Serik Ajibay Çinin Qazaxıstandakı səfiri Cjan Syaonun açıqlamasına etiraz edirdi. Çinin səfiri deyibmiş ki, əgər Qazaxıstanda kimlərsə inqilab etmək istəsə Çin qoşunlarını Qazazıstana göndərilə bilər. Bu açıqlamada da Qazaxıstanın müstəqlliyinə həqarət təhlükə var. Qazaxıstanlı nümayişçi konsulluq qarşısında bu şüarı səsləndirib: “Biz Çinin muxtar ərazisi deyilik, müstəqil dövlətik. Daxili işlərimizdə qarışmayın!”.

“Çinin Almatadakı konsulluğu qarşısında bu ilin əvvəlində başqa bir etiraz da olmuşdu. Qazaxıstan sakini Baybolat Kunbolat Çində itən qardaşı barədə məlumat verilməsini tələb edirdi. Bu Çində qeybə çəkilən uyğurlar və qazaxlar barədə ilk məlumat deyil. Belələrinin sayı getdikcə artır. Uyğurların və qazaxların Çindəki “əmək düşərgələrində” saxlanıldıqlarına dair məlumatlar azalmır. Bu Çin hakimiyyətinin ölkədəki tükdilli xalqlara qarşı nifrətinin nümayişidir”- deyə “Atlas” Araşdırmalar Mərkəzi qeyd edir.

Son xəbərlər
Digər xəbərlər