17 C
Baku
Friday, October 18, 2024

Çin Mərkəzi Bankı birinci dərəcəli borcalanlar üçün illik faiz dərəcəsini endirib

Çin Xalq Bankı birinci dərəcəli borcalanlar üçün illik faiz dərəcəsini (LPR) 0.1 faiz bəndi azaldaraq 3.55%-ə endirib. Sonuncu dəfə belə bir azalma 2022-ci ilin avqustunda olub. Beş il müddətinə kreditlər üzrə faizlər 4.2%-ə düşüb – son 10 ayda ilk dəfə.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

LPR artıq verilmiş və yeni kreditlər üzrə ödənişlərin səviyyəsinə təsir göstərir. 2022-ci ildə göstərici bir dəfə 0.05 faiz bəndi korreksiya edilib. Birinci dərəcəli borcalanlar dedikdə, sabit maliyyə vəziyyəti və reytinqi yüksək olan müəssisələr nəzərdə tutulur. Beşillik borc dərəcəsi, digər məsələlərlə yanaşı, ipoteka kreditinin dəyərini müəyyənləşdirir.

Son xəbərlər
Digər xəbərlər