8 C
Baku
Thursday, December 12, 2024

Çin Mərkəzi Bankı faiz dərəcəsini endirib

Çin Mərkəzi Bankı ölkənin maliyyə qurumları üçün birillik ortamüddətli kreditlərin faiz dərəcəsini 10 baza punktu azaldıb 2.85%-ə endirdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, Çin tənzimləyicisi 2020-ci ilin aprelindən bəri ilk dəfə olaraq kreditləşmə mexanizmi üçün dərəcəni azaldır.

Bununla yanaşı, ÇXR Dövlət Statistika Bürosu ölkənin 2021-ci il üçün iqtisadi göstəricilərini təqdim edib. Çinin illik ÜDM-si 2020-ci ilin eyni dövrü ilə müqayisədə dördüncü rübdə 4% artımla 8.1%-ə yüksəlib. Rüblük ifadədə oktyabr-dekabr aylarında ÜDM 1.6% artıb.

Ölkənin statistika idarəsinin verdiyi məlumata görə, Çin iqtisadiyyatı “üçqat təzyiq altındadır: azalmış tələb, təklifin pozulması və gözləntilərin zəifləməsi”.

Son xəbərlər
Digər xəbərlər