16 C
Baku
Saturday, April 20, 2024

Çin Mərkəzi Bankı kiçik biznesin kreditləşməsini dəstəkləmək üçün bankların borclarını satın alacaq

Çin Mərkəzi Bankı yerli banklar tərəfindən kiçik müəssisələrə verilən kreditləri müvəqqəti olaraq geri alacaq.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Bu plan təxminən 400 milyard yuanın (56 milyard dollar) istifadəsini və bununla da kiçik və orta şirkətlərin götürdükləri kreditlərin 40%-nin ödənilməsini nəzərdə tutur.

Kommersiya kreditorları onları bir ildən sonra geri qaytarmalı olacaqlar. Bu plan kiçik və orta biznesin kreditləşməsini stimullaşdırmağa kömək edəcəkdir.

Proqram çərçivəsində kredit alan şirkətlər iş yerlərini saxlanılmasını təmin etməli olacaqlar.

Bundan əlavə, daha əvvəl Çin Mərkəzi Bankı kredit ödəmələrinin müddətini 2021-ci ilin mart ayınadək uzatdığını açıqlamışdı.

Pandemiyanın təsiri səbəbindən Çin 2020-ci il üçün iqtisadi inkişaf hədəfini qoymamaq qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər