6 C
Baku
Sunday, December 15, 2024

Çin Mərkəzi Bankı kripto valyutanı qanuniləşdirə bilər

Çin Xalq Bankı (MB) ölkədə kriptovalyutanın leqallaşdırılmasına dair imkanları öyrənir, eləcə də mütəxəssislər ilə bu məsələ ilə bağlı məsləhətləşir, MILE Unity Foundation  fondunun banilərindən biri , rəqəmsal və blokchain –texnologiyalar üzrə RF Dövlət Dumasının eksperti Yuriy Quqnin bildirib.

«Burada, Çində Mərkəzi Bankda kriptovalyutanın qanuniləşdirilməsinə dair işçi qrupunu idarə edən bir insanla tanış oldum. O, həmçinin bizdən kriptovalyutanın qanuni sahəsini necə gördüyümüzə dair bir formatı  təqdim etməyimizi xahiş etdi. Ona hər şeyi verdik. O, qlobal təcrübəyə uyğunlaşdırmaq üçün daxili fəaliyyətlə bağlı tədbirlərə artıq bizidə çağırır», – kriptovalyuta və  blokchain -texnologiyaları üzrə Çində təhsil seminarları keçirən Y.Quqnin PRAYM  agentliyinə bildirib.

yuan usd euro
YUAN, EURO, DOLLAR

 

Onun sözlərinə görə, Çin hökuməti bu məsələyə böyük maraq göstərir, amma ehtiyatla yanaşır. «Onlar (Çin iqtisadiyyatı – ed.) çox böyük olduğundan, hər şeyi diqqətlə etməlidirlər. Onlar etiraz etmirlər, çünki başa düşürlər ki, bu Çin şirkətinin beynalxalq bazara çıxışıdır, sadəcə bunu necə ehtiyyatla etmək olar onu anlamağa çalışırlar»,-Yuriy Quqnin danışıb.

O, qeyd edib ki, hazırda Çində kriptovalyuta faktiki olaraq boş bir qanunvericilik meydanındadır. «Bu nə qanuni, nə də qanunsuzdur. O, ortadadır. Qeyri-qanuni olan bir şey var və mən bununla razıyam, valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək olmaz. Bu normaldır. Və ikinci nöqtə ICO keçirmək olmaz. Yenə də bu hər yerdə qadağandır.Heçnədən  insanlardan yalnız pul toplamaq olmaz. Hər hansı bir ölkədə obyektiv qanunsuz xüsusi fəaliyyət göstərmək qadağandır»– ekspert aydınlıq gətirib.

PBOC chine yuan
Çin Xalq Bankı, Pekin

Onun sözlərinə görə, Çin hökuməti kriptovalyutanı görməzdən gəlməyin artıq mümkünsüz olduğunu başa düşür, sadəcə riskləri mükəmməl bir şəkildə necə tarazlaşdıracağını düşünür. «Onlar qanuniləşdirmə istiqamətində gedirlər, yalnız bütün incəlikləri nəzərə almaq istəyirlər», – Quqnin əlavə edib.

Son xəbərlər
Digər xəbərlər