Çin Xalq Bankı bir illik kreditlər üzrə baza faiz dərəcəsini illik 3.7%-dən 3.65%-ə endirib. Beş illik kreditlər üzrə də faiz dərəcəsi aşağı salınıb – illik 4.45%-dən 4.3%-ə, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Keçən həftə Çin Mərkəzi Bankı yuanı dollara nisbətdə 6.8 yuana endirib ki, bu da 2020-ci ildən bəri ən aşağı göstəricidir. Bu qərar bir sıra regionlarda koronavirusun yayılması ilə əlaqədar olub. İyulda Çin iqtisadiyyatının əsas göstəriciləri artımın yavaşladığını göstərib.