Çin Mərkəzi Bankı milli valyutanın devalvasiyası siyasətinə keçir: bu gün yuanın məzənnəsi may ayının ortalarından etibarən maksimuma endirilib.
Banker.az xəbər verir ki, bazar ertəsi günü, Çin Mərkəzi Bankı valyuta məzənnəsini 6,8881 yuana qədər endirib. Tənzimləyicinin statistikasına görə, bu, cari ilin may ayının 15-dən etibarən ən böyük enişdir.
ÇXR-in Valyuta İdarəsinin rəsmi nümayəndəsi olan Van Çunyin məsələ ilə bağlı bildirib: “Xarici qeyri-müəyyənlik qarşısında, Çin iqtisadiyyatı ümumilikdə stabildir və məqbul sayılan çərçivədə fəaliyyət göstərir, valyuta bazarı tələb və təklif arasında balanslaşdırılıb”.
“Digər tərəfdən, beynəlxalq iqtisadi vəziyyət hələ də mürəkkəbdir və buna görə Çin yüksək keyfiyyətli iqtisadi inkişafı və dünyaya açıqlığı artırmaq üçün təşəbbüslərini həyata keçirməyə davam edəcəkdir”, – Çunyin əlavə edib.
“Bu, ÇXR-in valyuta bazarının sabitliyini təmin edəcək”.
2015-ci ilin nəticələrinə görə, yuan dollara münasibətdə 6%, 2016-cı ildə isə daha 6,7% ucuzlaşıb. 2017-ci ildə milli valyutanın möhkəmlənməsi müşahidə olunub – 6,2%. 2018-ci ildə məzənnə yenidən 5,1% düşüb.
Cari ilin iyun ayında bankın ehtiyatları 3,119 trilyon dollar təşkil edib, ötən ildə bu rəqəm 3,101 trilyon dollar olub.
Müvəqqəti ticarət sülhü, qısa müddətdə yuana təzyiqi azaltsa da, gələcəkdə hər şey ticarət danışıqlarının nəticələrindən asılı olacaq.
Əlavə olaraq bunu da söyləmək olar ki, iyun ayında investorlar 74,7 milyard yuan (10,8 milyard dollar) dəyərində Çin istiqrazı alıblar.