Çin Mərkəzi Bankı bazar ertəsi günü yuanın məzənnəsini son 30 aydan ABŞ dollarına nisbətdə maksimum dərəcədə möhkəmləndirib.
Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.
Mərkəzi Bank yuan-dollar məzənnəsini 6,5719 olaraq təyin edib. Bu, 1 dollar 6,5782 yuana bərabər olduğu 26 iyun 2018-ci ildən bəri ən yüksək göstəricidir.
Xatırladaq ki, daha əvvəl ÇXR Dövlət Şurasının baş naziri Li Keqiang Çinin yuanın məzənnəsini rasional səviyyədə qoruyacağını söyləmişdi.