2021-ci ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung” lider olub.
Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, hesabat dövründə smartfon və mobil telefonlar bazarında “Samsung”un payı ötən ayla müqayisədə 1.1 faiz azalaraq 43.37 faiz təşkil edib.
İkinci yerdə qərarlaşan “Xiaomi”nin bazarda payı 0.38 faiz artaraq 34.2 faiz olub. “Apple”ın payı isə iyulla müqayisədə 0.77 faiz azalıb və 14.57 faizə bərabər olub.