23 iyul 2020-ci ildə Çin Qırmızı planetə (Marsa) ilk marsoxod göndərib. Verilən məlumata görə, uçuş “Changzheng-5” daşıyıcı raketin köməyi ilə Venchang kosmodromundan həyata keçirilib.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
“Tyanven-1” missiyası özündə orbital zond və roveri birləşdirir. Onlar Marsa 2021-ci ilin fevralında çatacaqlar, bundan 2-3 ay sonra isə orbit aparatının elmi araşdırmalara başlaması, marsoxodun isə ondan ayrılıb Utopiya düzənliyinə enməsi planlaşdırılır.
Qeyd edək ki, eniş yerinin seçimi təsadüfi deyil. Düz ərazi roverin səyahəti üçün idal olacaq. Bundan əlavə, Utopiya düzənliyi ekvatora yaxın məsafədə yerləşir, yəni roverin günəş panelləri işıqla yaxşı təmin ediləcəkdir. Bildiyimiz kimi, hələ 1079-cu ildə bu əraziyə Amerikanın “Vikinq-2” zondu eniş etmişdir.
Çinin orbit aparatı özü ilə iki fotokamera aparır: orta və yüksək dəqiqli. Birincisi 400 kilometr yüksəklikdən 100 metr ölçülü, ikincisi isə iki metrs ölçülü şəkillər çəkir. Marsın səthini tətqiq etmək üçün xüsusi radardan istifadə ediləcək.
Keçmiş illərdə Marsa eniş etmiş ölkələr sırasında SSSR, ABŞ, Hindistan və Avropa Kosmik Agentliyinə daxil olan dövlətlər var. 2011-ci ildə Çin bu kluba daxil olmağa cəhd göstərsə də, heç bir nəticə əldə edə bilməyib.
Daha əvvəl Mars üzərində yalnız amerikan aparatlar işləyib. Sovet və Avropa zondları ya parçalanırdı, ya da sıradan çıxırdı.








