8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Çin mayninq üzərində nəzarəti gücləndirir

Pekinin Maliyyə Nəzarəti İdarəsi fəaliyyəti kriptovalyutalarla əlaqəli olan şirkətlərə bir sıra xidmətlərin göstərilməsini qadağan edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Çinin bankçılıq və internet sənayesinin üç assosiasiyası ölkənin maliyyə və ödəmə qurumlarının kriptovalyutaları ödəmə vasitəsi kimi qəbul edə bilməyəcəklərini açıqlayıb.

May ayının sonunda ÇXR-in Dövlət Şurasının Maliyyə Sabitliyi və İnkişaf Komitəsi tərəfindən iclas çağırılıb və ölkənin mayninqlə mübarizə tədbirlərinə keçəcəyi elan edilib.

“Nəzarətimizdə olan müvafiq qurum və təşkilatlara xəbərdarlıq edirik ki, onlara kriptovalyutalarla əlaqəli fəaliyyətləri reklam etmək kimi xidmətlər göstərmək qadağandır”, – tənzimləyicinin rəsmi saytında bildirilir.

Vurğulanır ki, hökumət tərəfindən tənzimlənən maliyyə və ödəmə qurumlarına birbaşa və ya doları yolla kriptovalyutalarla əlaqəli xidmətlər göstərməsinə icazə verilmir.

“Eyni zamanda istehlakçıya mümkün risklər barədə məlumatlı olmağı, o cümlədən doğru investisiya konsepsiyasını formalaşdırmağı tövsiyə edirik. Kriptovalyuta ticarətini populyarlaşdıran fəaliyyətlərə qatılmayın, spekulyativ tendensiyalara kor-koranə inanmayın, şəxsi mülkiyyətə, hüquq və mənafeyinizə ziyan vurmaqdan çəkinin”, – İdarədə bildirilir.

Tənzimləyici həmçinin “Beijing Qudao Cultural Development” şirkətinin fəaliyyətini dayandırdığını açıqlayıb. Belə ki, onun kriptovalyuta əməliyyatları üçün proqram təminatı xidmətlərini göstərdiyindən şübhələnir.

Son xəbərlər
Oxşar xəbərlər