23 C
Baku
Saturday, September 24, 2022

Çin Moskva və Kiyevi şərt olmadan dialoqu bərpa etməyə çağırıb

Rusiya və Ukrayna sülhü təşviq etmək üçün ilkin şərt olmadan dialoqu bərpa etməlidir.

Bu barədə Çinin xarici işlər naziri Van Yi BMT Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində Ukrayna üzrə iclasında bildirib.

“Tərəflər üçün əsas prioritet ilkin şərt olmadan dialoqu bərpa etməkdir”, – çinli diplomat deyib.

O qeyd edib ki, münaqişə tərəfləri danışıqlarda əsaslı narahatlıqlarını müzakirə və həll üçün mümkün variantları təklif etməlidirlər ki, dialoq yekunda nəticə verə və sülhə gətirib çıxara bilsin.

 

 

Son xəbərlər
Oxşar xəbərlər