1 C
Baku
Saturday, December 14, 2024

Çin mütləq yoxsulluğa qalib gəldiyini elan etdi

Çin mütləq yoxsulluqla mübarizədə qələbə qazanıb. Bunu cümə axşamı ÇXR-in sədri Xi Jinping, ölkənin yoxsulluğun aradan qaldırılması sahəsində qazandığı uğurlara həsr olunmuş iclasda söyləyib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Çin Kommunist Partiyası və xalqın səyləri sayəsində ölkəmiz mütləq yoxsulluq üzərində tam qələbə qazanıb”, – deyə Xi Jinping bildirib.

O, 98.99 milyon kəndlinin, 832 mahalın və 128 rayonun yoxsulluqdan çıxdığını qeyd edib. Xatırladaq ki, son səkkiz ildə Çin yoxsulluqla mübarizəyə təxminən 1.6 trilyon yuan (təxminən 246 milyard dollar) sərmayə qoyub.

Keçən ilin may ayında ÇXR hökuməti Ümumdünya Xalq Konqresinin (ali qanunverici orqan) 2020-ci ildə ölkənin “yoxsulluğa qarşı intensiv mübarizədə qəti qələbə qazanmaq və orta sinif cəmiyyətini qurmaq hədəfinə çatacağını” açıqlamışdır.

Qeyd edək ki, “orta sinif cəmiyyəti” termini ilk dəfə 1979-cu ildə “Çin islahatlarının arxitektoru” Den Syaopin tərəfindən istifadə edilib. Dünya Bankının verdiyi məlumata görə, son 40 ildə Çin təxminən 850 milyon insanı yoxsulluqdan çıxarıb.

Son xəbərlər
Digər xəbərlər