Çin ABŞ-yə nadir torpaq elementlərinin tədarükünü bərpa etməyə razılıq verib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp təyyarəsində jurnalistlərə açıqlamasında məlumat verib.
Trampdan Si Cinpinin ABŞ-yə nadir metalların ixracını bərpa etməyə razı olub-olmadığı soruşulub və o, suala müsbət cavab verib:
“Biz Çinlə razılaşma məsələsində çox irəliləmişik. Sadəcə bəzi məqamların aydınlaşdırılmasını istəyirdik”.
O, həmçinin iyunun 9-da Londonda ABŞ və Çin nümayəndələrinin keçirəcəyi görüş barədə danışıb və bu təmasların ticarət razılaşmasına aparan yolda mühüm mərhələ olduğunu qeyd edib.