6 C
Baku
Sunday, December 15, 2024

Çin neft hasilatını artırıb

2024-cü ilin yanvar-fevral aylarında Çin neft hasilatını illik müqayisədə 2,9 % artıraraq 35,11 milyon tona çatdırıb.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.

Bununla yanaşı, ölkə bu növ yanacağın idxalını 5,1 % artıraraq 88,31 milyon ton neft alıb.

Eyni zamanda, bu dövrdə Çində kömür hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % azalaraq 710 milyon tona düşüb. Bununla belə, kömür idxalı 22,9 % artaraq 74,52 milyon ton təşkil edib.

Enerji sektorunda Çinin ən böyük müəssisələri 2024-cü ilin ilk iki ayında elektrik enerjisi istehsalını 8,3 % artıraraq 1,49 trilyon kVt/saata çatdırıblar. İstilik enerjisi istehsalı 9,7 %, su elektrik enerjisi istehsalı 0,8 %, atom və külək elektrik stansiyaları istehsalı müvafiq olaraq 3,5 % və 5,8 % artıb.

Eyni zamanda Çin yanvar-fevral aylarında 41,7 milyard kubmetr təbii qaz hasil edilib (artım 5,9 faiz).

Son xəbərlər
Digər xəbərlər