Çin neft-qaz layihələri üçün xarici investisiyalar qaydalarını sadələşdirəcək

  •  
  •  
  •  
  •  

Çin hökuməti yerli firmalarla birlikdə, xarici investorların ölkədə neft və qazın kəşfiyyatı və istehsalı ilə məşğul olmasına icazə qaydalarını sadələşdirəcək.

ÇXR-in inkişaf və islahatlar üzrə Dövlət Komitəsinin veb saytında yerləşdirilmiş hesabata görə, artıq xarici şirkətin sorğusuna layihənin tam icra planını daxil etməyə ehtiyac yoxdur.

İndi tərəfdaşlar layihənin təsvirini elektron formada doldura bilərlər.

“Bu dəyişikliklər, birgə müəssisələrin lisenziya almaq məsələsinin müddətini əhəmiyyətli dərəcədə azaldacaq, Çin və xarici neft və qaz müəssisələri arasında əməkdaşlığı daha da inkişaf etdirəcək”.

Dəyişikliklər, xüsusilə, böyük ilkin sərmayə tələb edən metan istehsalına da toxunur, Bloomberg qeyd edir.

 


  •  
  •  
  •  
  •