2023-cü ildə Çində neft və təbii qaz hasilatı 390 milyon ton neft ekvivalentini keçərək rekord həddə çatıb.
Bu barədə Çinin Dövlət Energetika Administrasiyasının (NEA) açıqlamasında deyilir.
Neft hasilatı son bir ildə 3 milyon tondan çox artaraq 208 milyon tona çatıb. Bu, dənizdə hasilatın əhəmiyyətli dərəcədə – 62 milyon tona qədər artması ilə əlaqədar olub.
Şist neft hasilatı 4 milyon tonu keçərək tarixi maksimuma çatıb.
Qaz hasilatı isə 230 milyard kubmetr təşkil edib. Beləliklə, illik hasilatın artım tempi yeddinci aydır 10 milyard kubmetr təşkil edib.