15 C
Baku
Saturday, April 20, 2024

Çin oliqarxları Qərblə qarşıdurma istəmirlər

Çin Kommunist Partiyası qurultaya hazırlaşır. Partiyanın sədri və ölkənin lideri Tsi Sinpin növbəti 5 il də ölkəyə rəhbərlik etmək istəyir. Halbuki, illər uzunu Çində lider hər 10 ildən bir dəyişirdi, yəni partiyaya iki dəfədən çox lider seçilmək gərəkli bilinmirdi. Tsi Sinpin üçüncü dəfə partiyaya sədr seçilmək marağındadır. Tsi Sinpin Çinin iqtisadi inkişafını təmin edib, qlobal güclərlə mübarizədə mübarizə aparıb və s. Ona görə də partiyada onun ardıcılları çoxdur.

Buna baxmayaraq, Çin Kommunist Partiyasının rəhbərliyində fərqli düşünənlər barədə də xəbərlər var. Misal üçün narazılar Çində pandemiyə ilə mübarizənin həddən artıq sərt olduğunu və ABŞ-la münasibətlərin gərginləşməsinin doğru olmadığı qənaətindədirlər. Çində iqtisadiyyatın dövlətin əlində mərkəzləşməsi və nəzarətin artırılması da tənqid olunur. Çindəki nəhəng texnologiya şirkətlərinin dövlət tərəfindən ciddi nəzarət alınması çinli oliqarxları narazı salır. ABŞ sanksiyaları bu şirkətlərinin gəlirlərini azaldır. Tsi Sinpinin Amerikadan uzaqlaşaraq Rusiya ilə yaxınlaşması çinli sahibkarların ürəyincə deyil. Çünki Çin şirkətlərinin əsas tərəfdaşları Qərb ölkələrindədir.

“Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu deyir ki, Tsi Sinpinin dövründə Çində insan haqlarının vəziyyəti, uyğur türklərinə qarşı zorakılıq hallarının davam etdirilməsi və dissidentlərin sıxışdırılması Pekinlə Qərb arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Tayvan adası ətrafındakı vəziyyət Pekinlə Vaşinqton arasındakı münasibətləri daha da gərginləşdirib.

Çinin 1970-ci illərdəki lideri və əsas islahatçısı Den Syaopin kommunist lider Mao Tsedundan sonra partiyada şəxisyyətə pərəstişi qadağan etmişdi. Çünki Mao Tsedun dövründəki avtoritarizm Çinə böyük problemlər yaşatmış, milyonlarla insan sıxışdırılmanın və təqiblərin qurbanı olmuşdu. Tsi Sinpin Mao Tseduna bənzəməsə də, Kommunsi Partiyasının bir qrup üzvü alternativlərə də imkan yaradılmasının tərəfdarıdırlar.

Son xəbərlər
Digər xəbərlər