Çin ölkənin ən böyük kripto-cinayətini araşdırır

Polis kriptovalyuta oğurluğunda şübhəli bilinən üç şəxsi saxlayıb.

Çin polisi, təxminən 60 milyon yuan (87 milyon dollardan çox) dəyərində  kriptovalyuta oğurluğunda şübhəli bilinən üç şəxsi tutub. Yerli mətbuatın verdiyi məlumata görə, iddia edilən cinayətkarlar fərdi və korporativ kompüterləri hack ediblər.

Şensi əyalətinin paytaxtı Siane şəhərinin hüquq-mühafizə orqanlarının rəsmiləri bildirirlər ki, bu günə qədər ölkədə baş vermiş «kripto-valyutalarla bağlı ən böyük cinayət əməlidir».

“Bizim büro əvvəllər belə hallarla məşğul olmurdu. Şensidə, bu virtual valyutalarla bağlı ilk işdir”
– Polis məmuru

İstintaq bu ilin mart ayında, qurbanlardan birinin kompüterinin hack edilməsi barədə yerli polislərə xəbərdarlıq etdikdən sonra başlayıb. O, cinayətkarların 100 milyon yuan (təxminən 15 milyon dollar) dəyərində bitckoini mənimsəməsindən şikayət edib.

İstintaq zamanı şübhəlilərin aparıcı internet şirkətlərində işlədikləri və texniki olaraq hazırlıqlı olduqları  öyrənildi. Kripto valyutanı oğurladıqdan sonra , məbləği iz buraxmamaq üçün bölüşdürərək bir sıra köçürmə əməliyyatlarını həyata keçiriblər.

Çin orqanları və media, istintaqın hələ də davam etdiyini bildirirlər.