19 C
Baku
Sunday, October 13, 2024

Çin ölkə haqqında “mənfi məzmun” yazmağı qadağan etdi

Çində ölkə haqqında “mənfi məzmun” yazmağı qadağan edən qanun qəbul edilib. Bundan sonra hər bir Çin vətəndaşı “milli təhlükəsizlik üçün təhdid olan” mənfi mesajlara görə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yeni qanun onlayn məzmunu əsas üç kateqoriyaya bölür: “təşviq olunan”, “mənfi” və “qeyri-qanuni”. Birinci kateqoriyaya “iqtisadi və sosial nailiyyətlərin yayılması və izahı” və “digər müsbət və faydalı” məzmun daxildir.

“Mənfi” kateqoriyasına “sansasiyalı başlıqlar”, o cümlədən “informasiya eko-sisteminə mənfi təsir göstərən” məzmun aid olunur və nəhayət, “qeyri-qanuni” kateqoriyasına “şayiələrin yayılması”, “sosial və iqtisadi nizam-intizamı”, “milli rejimi” və “milli birliyi” pozan məzmun daxil edilir.

Qeyd edək ki, təkcə yanvarın ilk həftəsində bu qanunun pozulmasına görə təxminən 250 insan cəzalandırılıb.

Çinin İnternet seqmentində senzuranın güclü olması heç kəs üçün sirr deyil. Belə ki, daha əvvəl Çin hökuməti Pekin ilə istifadəçi məlumatlarını bölüşməkdən imtina edən “Twitter” və “Facebook” sosial şəbəkələrini bloklamışdı.

Son xəbərlər
Digər xəbərlər