Çin ölkənin şist neftinin ən böyük yatağını kəşf edib

Çinin “Sinopec” korporasiyası ölkənin şimalında olan Şandun əyalətində böyük şist neft yatağı aşkar edib. Verilən məlumata görə, yatağı 4 milyard ton olaraq qiymətləndirilir.

Banker.az xəbər verir ki, şist neft hasilatı yaxın gələcəkdə başlayacaq və 2025-ci ilə qədər ildə milyon tona çatdırılacaq. Qeyd edək ki, Çin şist neftinin genişmiqyaslı kəşfiyyatına və hasilatına 2019-cu ildə başlayıb. Analitiklərin fikrincə, bu, Çinin “qara qızıl” idxalından asılılığının artımını dayandıracaq.

Bu gün Çin idxal hesabına milli neft istehlakının təxminən 70%-ni təşkil edir.

Bir il əvvəl “Sinopec” Heylunjian əyalətini şimal-şərqindəki Datsin yatağında 1.3 milyard ton şist nefti kəşf edib.

Son xəbərlər
Digər xəbərlər