27 C
Baku
Saturday, July 27, 2024

Çin ordunu müharibəyə hazırlaşmağa çağırıb

Çin Xalq Respublikasının rəhbəri Si Tsinpin ordunu bütün diqqəti müharibəyə hazırlıq istiqamətində yönəltməyə çağırıb. Ölkə lideri vurğulayıb ki, son illər Çin ordusu ciddi dəyişikliklərə məruz qalıb: indi onun yeni sistemi, strukturu və hərbi geyim forması var.

Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

“İslahatların uğurlu təcrübəsini vicdanla ümumiləşdirmək və tətbiq etmək, yeni situasiyaya yiyələnmək və tapşırıqların tələblərini dərk etmək, diqqəti müharibələrə hazırlaşmağa yönəltmək, həmçinin araşdırma və yenilik etmək cəsarətinə sahib olmaq lazımdır”, – deyə Si Tsinpin söyləyib.

ABŞ və Çin arasında gərginlik Asiya-Sakit okean regionunda rəqabət fonunda son aylarda güclənib. Çin hakimiyyəti bölgədəki beynəlxalq suların əhəmiyyətli hissəsinin ÇXR-ə aid olduğunu bildirir. Söhbət Tayvan, Filippin, Vyetnam, Malayziya və digər ərazilərdə mübahisəli sulardan gedir. Çin hökuməti dünya ticarətinin keçdiyi dəniz yollarına nəzarəti artırmaq üçün addımlar atır.

Son xəbərlər
Digər xəbərlər