7 C
Baku
Sunday, January 12, 2025

Çin ötən il rekord sayda işlənmiş avtomobil ixrac edib

Çin 2024-cü ildə təxminən 400 000 işlənmiş avtomobil ixrac edib ki, bu da əvvəlki illə müqayisədə rekord – 45% çoxdur.

Bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti “Nikkei” müvafiq ticarət strukturlarının məlumatlarını ümumiləşdirərək yazıb.

Qeyd olunub ki, i0şlənmiş Çin avtomobillərinə ən çox maraq Mərkəzi Asiya ölkələri və Rusiyada göstərilir.

Xüsusilə, Qırğızıstan, Rusiya və Özbəkistan Çindən tədarük edilən bütün işlənmiş avtomobillərin təxminən 50%-ni təşkil edib.

Nəşr bildirib ki, 2023-cü ildə Çin Yaponiyanı keçərək dünyanın aparıcı yeni avtomobil ixracatçısı olub. Həmin vaxt xaricə ümumilikdə 4,91 milyon avtomobil göndərilib ki, bu da əvvəlki illə müqayisədə 57,9% çoxdur.

Son xəbərlər
Digər xəbərlər