Çin əhalisi 2020-ci ildə 1,7 trilyon yuan (cari məzənnə ilə təqribən 262,7 milyard ABŞ dolları) xərcləyərək neft və neft məhsulları istehlakını illik nisbətdə 14,5% azaldıb.
TASS xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin illik hesabatında məlumat verilib.
Hesabatda 2020-ci ildə Çinin 540 milyon ton neft və 102 milyon ton təbii qaz idxal etdiyi və bu göstəricilərin öncəki illə müqayisədə müvafiq olaraq 7,3% və 5,3% çox olduğu vurğulanıb.
Statistikaya görə, Çin şirkətlərinin il ərzindəki neft hasilatı 195 milyon ton təşkil edərək cüzi artım (1,6%) nümayiş etdirib. Yerli neft emalı zavodlarında neft emalı həcmi il ərzində 3% artaraq 670 milyon tona çatıb.
Hesabatda həmçinin qeyd olunur ki, ötən il Çinin enerji şirkətləri 188,8 milyard kubmetr qaz istehsal edib (9,8%-lik artım).