XIV Ümumçin Xalq Nümayəndələri Konqresinin I sessiyasının deputatları Li Şanfunun Çinin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyiblər.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
2022-ci ilin oktyabrında keçirilən ÇKP-nin 20-ci Qurultayının yekunlarına əsasən, 65 yaşlı Li Şanfu Partiya Mərkəzi Komitəsinin Hərbi Şurasının tərkibinə daxil edilib.
Qeyd edək ki, ötən gün XIV Ümumçin Xalq Nümayəndələri Konqresinin I sessiyasının deputatları Çin Xalq Respublikası Dövlət Şurasının yeni baş naziri, Kommunist Partiyası Mərkəzi Komitənin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Li Syanın namizədliyini təsdiqləyiblər.
O, 2017-2022-ci illərdə Şanxay Partiya Komitəsinin katibi vəzifəsində çalışıb.