32 C
Baku
Sunday, July 14, 2024

Çin parlamenti Li Syanın baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib

XIV Ümumçin Xalq Nümayəndələri Konqresinin I sessiyasının deputatları Çin Xalq Respublikası Dövlət Şurasının yeni baş naziri, Kommunist Partiyası Mərkəzi Komitənin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Li Syanın namizədliyini təsdiqləyiblər.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

O, 2017-2022-ci illərdə Şanxay Partiya Komitəsinin katibi vəzifəsində çalışıb.

Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin namizədliyini bir gün əvvəl üçüncü müddətə dövlət başçısı vəzifəsinə seçilən Xalq Respublikasının sədri Si Szinpin irəli sürüb. Li Syan 2022-ci ilin oktyabrında XX Partiya Konqresində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun yenilənmiş heyətinə daxil olub.

63 yaşlı Li Syan şərqdəki Çjeszyan əyalətindəndir və 23 yaşında Kommunist Partiyasına qoşulub. O, ÇKP Mərkəzi Komitəsinin Partiya Məktəbini bitirib və Honq Konq Politexnik Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.

Son xəbərlər
Digər xəbərlər