13 C
Baku
Sunday, November 24, 2024

Çin Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat yaydı

inin Xarici İşlər Nazirliyi ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat yayıb.

Bəyanatda səfərə kəskin etiraz və qınaq ifadə edilib, bu hadisənin “vahid Çin” prinsipini və Çin-ABŞ kommünikesinin müddəalarını ciddi şəkildə pozduğu bildirilib.

Çin XİN ABŞ-ı Tayvan kartı ilə oynamamağa çağırıb.

Qeyd edək ki, Pelosinin mətbuat ofisindən yayılan yazılı açıqlamada onun Tayvana səfərinin ABŞ-ın Çinlə bağlı siyasəti ilə ziddiyyət təşkil etmədiyini vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər