10 C
Baku
Saturday, November 23, 2024

Çin PUA komponentlərinin ixracına iki illik qadağa qoydu

Çin dronların, eləcə də mülki PUA-ların komponentlərinin ixracına iki illik məhdudiyyətlər qoyur.

Müvafiq bəyanatı Çin Xalq Respublikasının Ticarət Nazirliyi öz saytında dərc edib .

“Söhbət bəzi PUA-lar üçün xüsusi mühərriklərdən, xüsusi faydalı yüklərdən, radiorabitə avadanlıqlarından və İHA-larla mübarizə üçün mülki vasitələrdən gedir. Müəyyən istehlakçı dərəcəli PUA-ların ixracına iki illik nəzarət tətbiq edilir.  Qadağa sentyabrın 1-dən qüvvəyə minir”, – deyə məlumatda bildirilir.

Qeyd edildiyi kimi, bu tədbir onunla əlaqədardır ki, “son illərdə PUA texnologiyalarının sürətli inkişafı və onların tətbiqi ssenarilərinin daim genişlənməsi səbəbindən bəzi yüksək performanslı mülki pilotsuz təyyarələrin hərbi məqsədlər üçün çevrilməsi riski davam edir.

Açıqlamaya görə, bu tədbir Çin PUA-larının ixracına qadağa demək deyil. Beləliklə, müvafiq qanuni prosedurlar tamamlandıqdan sonra mülki pilotsuz uçan aparatlar ixrac edilə bilər. Eyni zamanda, yaxşı qurulmuş daxili uyğunluq sisteminə malik ixrac şirkətləri üçün səlahiyyətli orqanların “tələblərə uyğun gələn şirkətlərin ixracına dəstək olmaq üçün ümumi lisenziyalaşdırma kimi tədbirləri aktiv şəkildə həyata keçirəcəyi” planlaşdırılır.

Departamentin bəyanatında vurğulanır ki, bu məhdudiyyətlər heç bir konkret ştat və ya regiona yönəlməyib.

Son xəbərlər
Digər xəbərlər