15 C
Baku
Saturday, April 27, 2024

Çin pullarının qısa xronikası

Eramızdan əvvəl II-I minilliklərdə Çində ilk metal pullar yarandı. Qərb Zhou dövründə plitələr, zınqırovlar və açarlar şəklində bürünc pul zərb edilməyə başlanıldı və bunlar üzərində hələ heç bir yazı yox idi.

Mübarizə aparan çarlıqlar dövründə mərkəzində kvadrat deşik olan dəyirmi sikkələr yaradıldı. Qədim Çin tayfası Çinin birləşdirilməsindən sonra elə onlar çin pullarının formasını müəyyən edirdilər. Xan imperiyasında və növbəti bir neçə əsrlər boyu burada əsas valyuta vahidi 5 şu nominalında olan sikkə idi.

621-ci ildə çyan adlı sikkələr buraxıldı və bu sikkələrə heç bir dəyişiklik edilmədən Çində XX əsrə qədər istifadə edildi. Bu sikkələrin üzərində 4 heroqlif təsvir edilmişdi və bunlar “hakimiyyətin ilkin dövründə dövriyyədə olan sikkələr” demək idi. Bu işarələrdən ikisi – yuxarı və aşağıdakı heroqlif çarlığın devizini tərənnüm edirdi.

Sun sülaləsi dövründə ticarətin sürətli inkişafı və kitab çap edən maşının yaradılması ilə mis plitələr üzərində çap edilən kağız pullar yaradıldı. Böyük həcmdə ödəniş etmək üçün isə burada gümüş sikkələrdən istifadə olunurdu və onların hər biri 10 min çyana bərabər idi. XII əsrdən etibarən sikkələrin üzərində zərb edildiyi tarix yazılmağa başlandı və sikkənin üzərindəki yazılar müxtəlif yazı üslublarında idi. Bununla yanaşı, dövriyyədə əvvəllər olduğu kimi külli miqdarda saxta pullar var idi.

1889-cu ildən Çində sikkələr Avropa texnologiyası ilə zərb edilir. Çin Xalq Respublikasının pul nişanlarını “milli valyuta” adlandırmaq qəbul edilib. Böyük nominallı pulların üzərində ÇXR-nın rəhbərlərinin portretləri təsvir olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər