7 C
Baku
Wednesday, February 28, 2024

Çin pulun xaricə çıxarılması qaydalarını sərtləşdirib

Çinin Dövlət valyuta nəzarəti İdarəsi xaricdə şəxsi bank kartlarından nağd vəsaitlərin çıxarılması qaydalarını sərtləşdirib.

“Interfax” agentliyinə istinadən, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qaydaların sərtləşdirilməsinə səbəb “çirkli pul”ların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və vergidən yayınmanın qarşısını almaqdır. Yeni qaydalarla, hər bir şəxsə aid yerli bankların kartlarından ildə 100 min yuandan (15 370 dollar) çox vəsaitin çıxarılması mümkün olmayacaq. Əgər kart sahibi xaricdə illik limitdən artıq vəsait çıxararsa, o zaman növbəti il üçün onun eynitipli əməliyyatları dayandırılacağı bildirilir.

Yeni qaydalar yanvar ayının 1-dən qüvvəyə minib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər