6 C
Baku
Thursday, February 13, 2025

Çin Putin və Tramp görüşünü təşkil etməyi təklif edib

Çin rəsmiləri Vladimir Putin və Donald Tramp arasında görüş üçün sammitin keçirilməsi təklifini ABŞ-yə göndərib. “The Wall Street Journal”in verdiyi məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenskinin görüşdə iştirakı gözlənilmir.

“WSJ” mənbələrinə görə, Çin mümkün atəşkəsdən sonra sülhməramlı səylərə kömək etməyə hazır olduğunu bildirib. Ağ Evdəki mənbə qəzetə bildirib ki, Çinin təklifi ABŞ və Avropada skeptisizmlə qarşılanıb.

Bir gün əvvəl, fevralın 12-də Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, tərəflər şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər. Kreml sözçüsü bildirib ki, Vladimir Putin ABŞ prezidentini Moskvaya dəvət edib. Cənab Tramp mümkün görüşdən danışaraq, bunun “çox da uzaq olmayan gələcəkdə” baş tutacağını qeyd edib.

Son xəbərlər
Digər xəbərlər