13 C
Baku
Friday, November 22, 2024

Çin qadağası bitkoni çökdürdü – Qiymət $40 mindən aşağı düşdü

İlon Maskın tvitləri və Çin kriptovalyuta əməliyyatları ilə bağlı xidmətlər göstərməyi qadağan etməsi bu bazarı xeyli daraltdı.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 14:30-da məşhur və ən bahalı kriptovalyuta Bitkoin son sutkada 13.05%, həftəlik isə 30.15% qiymət itkisi ilə üzləşməklə $39 402.5 dollara qədər geriləyib. Bununla da populyar elektron pulun dəyərinin 2021-ci ilin fevralın 8-dən bu tərəfə ən aşağı həddə düşməsinə səbəb oldu.

Bitkoinin bazar dəyəri isə qeyd edilən saatlara $802.97 mlrd. təşkil edib.

Çin maliyyə qurumlarına və ödəmə şirkətlərinə kriptovalyuta əməliyyatları ilə bağlı xidmətlər göstərməyi qadağan edib. Bu barədə “Forbes” yazır.

“Son vaxtlar kriptovalyutaların qiyməti tez-tez dəyişir, spekulyativ ticarət isə bərpa olur ki, bu da insanların əmlakının təhlükəsizliyini və maliyyə qaydalarını ciddi şəkildə pozur”, – deyə mesajda bildirilir. Qeyd edildiyi kimi, banklar və onlayn ödəmə şirkətləri bundan sonra müştərilərinə qeydiyyat, ticarət, klirinq və hesablaşma kimi xidmətlər təklif edə bilməyəcəklər.

Maliyyə qurumları kriptovalyutadan istifadə edərək əmanət və ya girov xidmətlərini göstərməməlidirlər, həmçinin kriptovalyuta ilə əlaqəli maliyyə məhsullarını buraxmamalıdırlar.

Ötən həftə “Tesla” şirkəti öz elektromobillərinin alışı zamanı ödənişi bitkoin ilə qəbul etməkdən imtina etmişdi. Bu barədə məlumatı şirkətin sahibi İlon Mask öz tvitter hesabında bildirmişdi. Maskın sözlərinə əsasən bitkoindən istifadə “Tesla” şirkətinin ekoloji məqsədlərinə ziddir. O bildirib ki, mayninq prosesi ekoloji təmiz enerji mənbəyinə keçid edəndən sonra “Tesla” elektromobillərinin alışı zamanı bitkoin yenidən ödəniş vasitəsi kimi qəbul ediləcək.

Həm vaxt Maskın bu tvitindən 15 dəqiqə sonra bitkoinin qiyməti $54.829-dan $52 593-a enmişdi.

Son xəbərlər
Digər xəbərlər