7 C
Baku
Monday, March 3, 2025

Çin qaz alışında Yaponiyaya uduzur

Kpler-in məlumatına görə, Çinə LNG-nin (mayeləşdirilmiş təbii qaz) tədarük həcmi ay ərzində 4,5 milyon ton təşkil edib. Ölkə artıq ikinci aydır ki, ən böyük idxalçı mövqeyini Yaponiyaya uduzur. Asiyanın aparıcı iqtisadiyyatı 2020-ci ilin əvvəllərindən bəri ən az LNG alıb. O zaman COVID-19 bir çox fabriklərin bağlanmasına və tələbatın azalmasına səbəb olub, nəticədə Çin alıcıları fors-major elan etməyə məcbur qalıblar.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

“Rystad Energy”nin Çin qaz bazarı üzrə araşdırmalar rəhbəri Vey Syun bildirib ki, Çində nisbətən isti qış olub, anbarlardakı ehtiyatlar kifayət qədərdir və sənayenin tələbi olduqca aşağıdır. Onun sözlərinə görə, dolu anbarlar, yəqin ki, istilik mövsümünün sonuna qədər idxala təzyiq göstərməyə davam edəcək.

Bəzi Çin qaz şirkətləri son aylarda spot yükləri yenidən sataraq xaricdə, xüsusilə də Avropada daha cəlbedici qiymətlərdən yararlanıblar. Syunun sözlərinə görə, Çinin ABŞ-dən gətirilən LNG-yə 15 faiz tarif tətbiq etməsindən sonra 2025-ci ildə də yenidən satış aktivliyinin yüksək qalacağı gözlənilir.

 

Son xəbərlər
Digər xəbərlər