Sincan-Uyğur Muxtar Rayonunun (SUMR) Taçenq rayonunda yerləşən Baktu avtomobil keçid məntəqəsində malların sərhəd-keçid məntəqəsinə çatdıqdan sonra aşırılmayan yüklərin buraxılması ilə bağlı innovativ gömrük rəsmiləşdirilməsi modeli tətbiq edilib.
Sinxua agentliyi xəbər verir ki, “Sintszyan Jibao” qəzetinin yazdığına görə, bu model müəssisəyə malların yola salındığı yerdə və ya daşınma zamanı gömrük xidmətinə müvafiq bəyannamə təqdim etməyə imkan verir ki, bu da həmin sənədin yoxlanılması və risklərin təhlili daxil olmaqla əvvəlcədən bir sıra əməliyyatları həyata keçirməyə imkan verəcək. Daha sonra yük maşını sərhəd keçidindəki yoxlama yerinə çatdıqdan sonra sürətlənmiş rejimdə gömrükdən keçə biləcək ki, bu da saxlama və gözləmə vaxtını xeyli azaldacaq.
Bu modelin Baktu keçid məntəqəsində tətbiqi sayəsində gömrük rəsmiləşdirilməsinin müddətini 3-4 saatdan 10 dəqiqəyə qədər azaltmaq olar. Sincanda yerləşən ticarət şirkətlərindən birinin nümayəndəsi Yao Fei bildirib ki, yeni model müəssisənin əməliyyat xərclərini də azaldacaq.
Urumçi Gömrük İdarəsinin məlumatına görə, bu ilin ilk beş ayında Baktu keçid məntəqəsi vasitəsilə 292 min ton mal idxal və ixrac edilib ki, bu da bir il əvvəlkindən 3,7 faiz çoxdur.
Bu gömrük rəsmiləşdirilməsi modeli ilk dəfə 2023-cü ilin noyabrında Alaşankou limanında istifadəyə verilib. Uğurlu təcrübəyə əsaslanaraq, Urumçi Gömrük İdarəsi bu modeli Sincandakı digər sərhəd-keçid məntəqələrində də genişləndirmək üzərində işləyir.
İdarədən bildirilib ki, Çin və Mərkəzi Asiya arasında dəmir yolu daşımalarının həcmi də 25 faiz artıb.