Yaxın gələcəkdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin çəkilişinə başlanılacaq.
Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Səmərqənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının iclasında çıxışı zamanı deyib.
“Yaxın gələcəkdə biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinin praktiki icrasına başlamağı planlaşdırırıq. Bu layihə Transxəzər Nəqliyyat Marşrutunun dəmir yolu və avtomobil yollarını hissəsini tamamlayacaq, yüklərin Qərb ölkələrinə çatdırılmasını sürətləndirəcək”, -deyə Qırğızıstan dövlət başçısı bildirib.