8 C
Baku
Thursday, March 28, 2024

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə 2023-cü ildə başlanılacaq

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi 2023-cü ilin payızına planlaşdırılır.

Bunu Qırğız Respublikasının Baş naziri Akılbek Japarov ölkə parlamentinin iclasında deyib.

“Layihənin texniki-iqtisadi əsaslandırması gələn ilin aprelində tamamlanmalıdır. Onun inşasına 2023-cü ilin payızında başlanıla bilər”, – o bildirib.

Xatırladaq ki, bu dəmir yolu dəhlizi Avrasiya kontinental körpüsündə cənub istiqamətinə çevriləcək. Bu layihə ilə Cənub-Şərqi, Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxışın əldə edilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər